Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Noyabr 16:00
Şərh Yoxdur
1801

Özünü gündəlik hesaba çəkməyin 4 nöqtəsi

Mərhum Ayətullah Muctəba Tehrani İmam Sadiqdən (ə) gələn hədisi şərh edən zaman buyurmuşdur: “Hər gün nəfsi hesaba çəkməyin qurucu rolu vardır və insan öz əl və ağayını toplamaq üçün gərək hər gün özünü hesab çəksin.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, yatağında qərar tutdun, bax gör mədəndə nəyə yer vermisən? Həmin günü nə əldə etmisən? Yada sal ki, bir gün öləcəksən və sənin üçün məad olacaqdır”.

Yatağında qərar tutmaq ona işarədir ki, insan gündüzünü arxada qoyandan sonra axşama daxil olur. Artıq işləri sona çatmışdır və indi istirahət etmək istəyir. Həzrət (ə) buyurur: O zaman ki, yatağa getdin və aram oldun, diqqət et. Bax gör bu gün nə yemisən? Mədəndə nəyə yer vermisən?

İkincisi, bax gör bu gün nə əldə etmisən? O zaman ki, bu şeylərə diqqət edirsən, tamam olur? Xeyr, buyurulur ki, iki şey haqqında da gərək düşünəsən.

O zaman ki, həmin günü nə yediyini və hansı işlər gördüyünü düşünürsən, gərək ölümü yada salasan. Ölən zaman sənin işin bitməz, qayıdırsan. Məad – qayıtmaq deməkdir. Yəni, Qiyamət vardır və orada hesab verməlisən.

İmam (ə) burada mühasibənin bir növünü bizlərə tanıdır. Bu, gündəlik mühasibədir. Gündəlik mühasibənin qurucu təsiri vardır. Çox asandır və insandan çox vaxt da istəmir. Bir dəqiqə belə çəkmir. O, illik mühasibədir ki, insan onu asanlıqla hesablaya bilmir. Ancaq gündəlik mühasibə asandır. İmam (ə) buyurur ki, düşün ki, nə yemisən, onu haradan gətirmisən, axirətin haqqında düşün və Qiyaməti yada sal.

Gündəlik mühasibə insanı tənbeh edər. İnsan gördüyü işlərin hesabını bilər. Əgər xata edibdirsə, peşman olar və tövbə edər. Hədislərdə oxuyuruq ki, Peyğəmbər (s) hər gecə 70 dəfə və bəzi hədislərdə 100 dəfə istiğfar edərmiş. Əgər Allahın Peyğəmbəri (s) hər gecə 70 dəfə istiğfar edirdisə, biz 70 000 dəfə istiğfar etsək, yenə də azdır. Həzrət (s) həm gündüzləri və həm də gecələri istiğfar edərdi. Ona görə də biz gərək özümüzü gündəlik hesaba çəkək. Ancaq bu zaman əl və ayaqlarımızı bir yerə toplaya bilərik”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

“Muxtarnamə”nin rejissorundan yeni tarixi film: “Salman”

İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) ən üstün səhabələrindən olan Salman Farsinin həyatından bəhs edən yeni serial çəkiləcək. FaktXəbər-in verdiyi məlumata görə, filmin... Davamı..

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Hacı Cavad məscidində Quran Gecəsi keçiriləcək

Ötən həftə açılışı olan Hacı Cavad məscidinin yeni binasında Quran Gecəsi keçiriləcək. Bu barədə məscidin dini icmasından məlumat verilib. Bildirilib ki, mərasim aprelin 20-də axşam... Davamı..

Sabahdan Şaban ayı başlayır. Bu ayın müştərək əməlləri

Aprelin 17-si şam azanından sonra Şaban ayı daxil olur və aprelin 18-i Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son... Davamı..

Zikrin ən çox tövsiyə edildiyi zamanlar

Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr – aşiqlərin içkisi, ariflərin məlhəmidir. Zikrin həqiqəti budur... Davamı..

Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı – FOTO + VİDEO

Hacı Cavad məscidində bu gün ilk namaz qılınıb. FaktXəbər-in məlumatına görə, zöhr namazı məscidin köməkçi axundu Ceyhun Cəfərovun pişnamazlığı ilə qılınıb. 500... Davamı..

Mərhum Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?

İnsanın Qurani-Kərimdən ayrı düşməyi zəlalətdən başqa bir şey deyil… Höccətül-İslam Məhəmməd Fazil Təbrizi deyir ki, bir dəfə yaxın dostların birinin evində Əllamə... Davamı..

Hacı Cavad məscidinin rəsmi açılışı oldu

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində... Davamı..