Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Noyabr 13:24
Şərh Yoxdur
2642

Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir

Həzrət İmam Əli (ə) buyurub: “Peyğəmbərin (s) gülüşü təbəssüm idi.[1]

Həzrət İmam Baqir (ə) buyurub: “Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.”[2]

 

Həzrət İmam Sadiq (ə) buyurub:

Qəhqəhə çəkmək şeytandandır.”[3]

“Möminin gülüşü təbəssümdür.” [4]

“Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.” [5]

 

Həzrət Məhəmməd Peyğəmbər buyurub:

“Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.” [6]

Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.” [7]

 

Merac hədisində deyilir: “Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.” [8]

İmam Əli (ə) buyurub: “Çox gülənin zəhmi aradan gedər.”[9]

İmam Əskəri (ə) buyurub: “Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.” [10]

 

www.ahliman.info

[1] Əmali-Tusi, səh. 552, hədis1156

[2] əl-Kafi, c.2, səh. 664, hədis13

[3] əl-Kafi, c.2,səh. 662, hədis10

[4] əl-Kafi, c.2, səh. 662, hədis5

[5] əl-Kafi, c.2, səh. 206, hədis1

[6] Məani-Əxbar, səh. 335, hədis1

[7] Nurus-Səqəleyn, c.1, səh. 249, hədis261

[8] İrşadul-Qulub, səh. 200

[9] Tuhəful-Uqul, səh. 96

[10] Biharul-Ənvar, c.76,səh.59, hədis10

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Muhəmməd (s): “Bilikləri, аlimlər ölməmiş yаzıyа köçürün”

“Nun. Аnd оlsun, qələmə və yаzılаnlаrа.”1   İmаm Əli (ə) buyurub: “Kitаblаr аlimlərin bоstаnlаrıdır.”2 “Kitаb nеcə də gözəl nаtiqdir.”3 “Kitаblаrlа özünü sаkitləşdirən... Davamı..

İmam Əli (ə) buyurur: “Qənаətcil оlun ki, vаr-dövlət sаhibi оlаsınız”

Аllаh-tааlа Dаvudа vəhy buyurmuşdur: “Mən vаrdövləti qənаətdə qərаr vеrsəm də, cаmааt оnu mаlın çохluğundа ахtаrır. Bunа görə də оnu tаpmırlаr.” 1 Həzrət... Davamı..

Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır

Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur:  Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün... Davamı..

Müsəlmanı darıxdırıb biqərar edən şey nədir?

Həzrət Muhəmməd (s) buyurur: “Аllаh-tааlаnın öz bəndələrindən rаzılığının əlаməti, оnlаrın pаdşаhlаrının ədаlətliliyi və qiymətlərin ucuzluğudur. Аllаh tааlаnın bəndələrinə qəzəbinin nişаnəsi isə, оnlаrın... Davamı..

İmаm Səccаd (ə): “Sizlərdən Аllаhа ən yахını, böyük əхlаq sаhibi оlаnlаrdır”

Həzrət Muhəmməd (s) buyurub: “Аllаh buyurmuşdur: “Hеç bir bəndə, vаcib buyurduqlаrımdаn Mənimçün dаhа əziz оlаn bir vаsitə ilə Mənə yахınlаşmаdı. Həqiqətən о,... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Mömin ruhların duasının həyatımıza təsiri

Alimlərdən biri, Əllamə Təbətəbainin qardaşı Seyid Məhəmməd Həsən İlahidən nəql edərək deyirdi ki, keçmiş alimlərdən birini “Fatihə” surəsi ilə yad edirdim. Bir... Davamı..

Mübarək Qədr gecələrində istiğfar namazı qılmağı unutmayın

Mərhum arif və əxlaq ustadı Həzrət Ayətullah Şahabadi (r.ə) dünyəvi və mənəvi problemləri olanlar üçün aşağıdakı “İstiğfar namazı”-nı tövsiyə etmişdir. Özünün dediyinə... Davamı..