Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Oktyabr 12:57
1 Şərh
5439

İmam Hüseynə (ə) olan məhəbbət Qurana olan məhəbbətdir

Bütün günlər, aylar, illər Allaha məxsusdur. Lakin Allah bu günlər, aylar içərisində fərqlər qoyub və bu günlərin, ayların bəzilərini üstün qərar verib. Məsələn Ramazan ayında bir ayə Quran oxumaq, bütov bir Quran oxumağa bərabərdir. Bundan başqa ilin bütün günü qurban kəsmək olar, lakin Həzrəti İbarahim və Həzrəti İsmayılın məktəbinin davamı olan Qurbanı Zilhəccə ayının 10-a məxsus edib.

Allah Ümrə ziyarətini ilin bütün günlərində qərar verib, Həcc ziyarətini isə zilhiccə ayının 9-dan məxsusi qərar verib. Bu deyilənlərin hamısı onu göstərir ki, bütün günlər ayların bəziləri Allahın özü tərəfindən fərqlənib, üstün qərar verilib. Həmin aylardan biri İmam Hüseyn (ə) əzadarlığı günləridir, Məhərrəm ayının günləridir. Ən əsas da Kərbəla məktəbinin möhür vurulan günü yəni Aşura günüdür ki, bu günlər Allah tərəfindən üstün günlər qəbul edilib.

Allah bu günlər insanlar üçün böyük savab, böyük əcr, böyük cəza, böyük məktəb və dinə xidmtə üçün şərait qərar verib.

İslam peyğəmbəri (s) buyurur ki, İmam Hüseynə (ə) qarşı qəlblərdə bir istilik, mərhəmət var. İmam Hüseynə (ə) olan məhəbbət, eşq Qurana olan məhəbbətdir və eşqdir. Necə ki insanların qəlbi bərkiyəndə Quranın ayəsini qəbul etməzlər, yumşalanda da haqqı tez eşidərlər. Ona görə bu günlər insanların qəlblərinin istiləşən, yumlaşan vaxtıdır. Bu günlərdən istifadə edib insanları yaxşı əməllərə dəvət edək, pis işlərdən çəkindərək, insanlara həqiqəti çatdıraq, onları maarifləndirək.

Xüsusən də ruhanilər, din təbliğatçılar düzgün bir formada xurafat və bidət qarışdırmadan insanlara təbliğ edək. Əks təqdirdə savadsız insanlar gəlib bu günlərdə öz məqsədlərini insanlara çatıdırıb, camaatı həqiqi dindən uzaqlaşdıracaq.

Hacı Əhliman Rüstəmov

www.ahliman.info

Digər “Məqalələr ” Xəbərləri

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..

Hacı Əhliman Rüstəmovun rəsmi səhifəsinin Telegram kanalı yaradılıb

Telegram istifadəçiləri olan oxucularımız artıq saytın məlumatlarını Telegram kanalımızda da oxuya bilərlər. İstifadəçilər www.ahliman.info-nun rəsmi Telegram səhifəsinə (t.me/ahliman_info) abunə olmaqla saytımızın bütün... Davamı..

Qurani-Kərimin ərəb dilində olmasının səbəbləri

1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz qövmünün dilində göndəririk”. Yəni, Həzrət Peyğəmbərin (s) bir ərəb olaraq ərəbcə danışdığına və yaşadığı mühitin... Davamı..

Quran kimə lənət oxuyur?

Həzrət Peyğəmbər (s) buyurur: “Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’. “Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək... Davamı..

Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?

Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların... Davamı..

“8 mart”-ın yalan və gerçək tarixi

8 martın Beynəlxalq Qadınlar Günü elan edilməsi ilə bağlı qərar 1910-cu ildə sosialist qadınların Koppenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bunun... Davamı..

Peyğəmbərimiz (s) qəbirləri necə ziyarət edərdi? – Ayətullah Cəfər Sübhani cavablandırır

Ayətullahil-Uzma Sübhani vəhabilərin qəbirləri ziyarət etməklə bağlı şübhələrinə həm əqli və həm də hədislərə istinad edərək, cavablar vermişdir. Alim buyurur: “Həzrət Peyğəmbər... Davamı..

Qurаndа və lüğətdə “imаm” kəlməsi

Lüğət sаhiblərinin dеdiklərinə görə “İmаm” ismi məsdərdir. Hər bir şеyə ki, insаn diqqət еdir və о dа bаş vеrir, оnа itlаq оlunur.... Davamı..