Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 13:26
1 Şərh
2315

Mənəvi təhlükəsizlik nə deməkdir? Mənəvi təhlükəsizliyi necə əldə etmək olar?

Mənəvi təhlükəsizlik dedikdə, xalis iman və Allaha yəqinlik sayəsində meydana gələn ruhi rahatlıq nəzərdə tutulur. İnsan savabın hasil olmasına görə sevinər və İlahi əzabdan təhlükəsiz olduğuna ümidli olar.

Quranın nəzərinə görə bu təhlükəsizlik o zaman meydana gələr ki, insan cəmiyyətində iki şey olar:

1. İman.

2. İctimai ədalət.

İmanın insan ruhuna müsbət təsirini heç kəs inkar edə bilməz. Zülmün isə vicdan narahatlığına və rahatlığı aradan aparmasına hamımız şahidik. Allah Təala Quranda buyurur: “İman gətirib imanlarını zülmə qarışdırmayanlar(yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxtanrılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (“Ənam” 82).

Uca Allah yenəbuyurur: “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi Yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55).

Allah Təala o kəslərə ki, imana malikdir və saleh əməllər yerinə yetirirlər – əmin-amanlıq vədəsi vermişdir. Ona görə də o kəs ki, mənəvi təhlükəsizliyə çatmaq istəyir, gərək Allaha iman bəsləsin. Zülm sayılan bütün kəbirə və səğirə günahlardan uzaq olsun. İman o zaman zahir olar ki, insan kəbirə günahlardan çəkinər. Quran buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

Təbiidir ki, o kəs ki, kəbirə günaha düçar olar, rahatlıq yerinə bədbəxtlik hiss edər. Həmin günahın cəzasından qorxar və əzab çəkər. Əgər insan iman cəhətdən güclü olarsa müstəhəblərə əməl edib, məkruhlardan çəkinərsə – mənəvi təhlükəsizliyə çatar. Daha az bədbəxtlik hissi keçirər.

İnsana mənəvi təhlükəsizlik verən amillərdən biri – Allaha pənah aparmaqdır. İnsanın həmişə pənah aparacağı yeri olmalıdır. Çünki insan bu dünyada özünü zəif və aciz hiss edər və qorxu bütün varlığını bürüyər. Ona görə də insan əgər Allaha pənah apararsa, təhlükəsizlik hiss edər, çünki Allahdan savayı insan üçün başqa pənah yeri yoxdur. Allah insanı yaratmışdır və bütün işlərin idarəsi Onun əlindədir. Allah insanın bütün ehtiyaclarını təmin edə bilər. Hər bir qorxu və şəri insandan dəf edə bilər. Bundan başqa, Allah tək olan Məbuddur və şəriki yoxdur. İnsan əgər Allaha pənah apararsa və başqasına ümid bəsləməzsə, Allah həmişə onun əlindən tutar və büdrəməsinə imkan verməz.

Əmirəl-möminin (ə) Allaha belə dua edərdi: “Allahım! Sənin qəzəbindən və qəzəbinin enməsindən Sənə pənah aparıram”.

Ona görə də ümidimiz ancaq Allaha olsun və eyni zamanda da Allaha qarşı xofumuz olsun. Çünki həqiqi mömin o kəsdir ki, həm ümid bəsləyər, həm də qorxar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Muhəmməd (s): “Bilikləri, аlimlər ölməmiş yаzıyа köçürün”

“Nun. Аnd оlsun, qələmə və yаzılаnlаrа.”1   İmаm Əli (ə) buyurub: “Kitаblаr аlimlərin bоstаnlаrıdır.”2 “Kitаb nеcə də gözəl nаtiqdir.”3 “Kitаblаrlа özünü sаkitləşdirən... Davamı..

İmam Əli (ə) buyurur: “Qənаətcil оlun ki, vаr-dövlət sаhibi оlаsınız”

Аllаh-tааlа Dаvudа vəhy buyurmuşdur: “Mən vаrdövləti qənаətdə qərаr vеrsəm də, cаmааt оnu mаlın çохluğundа ахtаrır. Bunа görə də оnu tаpmırlаr.” 1 Həzrət... Davamı..

Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır

Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur:  Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün... Davamı..

Müsəlmanı darıxdırıb biqərar edən şey nədir?

Həzrət Muhəmməd (s) buyurur: “Аllаh-tааlаnın öz bəndələrindən rаzılığının əlаməti, оnlаrın pаdşаhlаrının ədаlətliliyi və qiymətlərin ucuzluğudur. Аllаh tааlаnın bəndələrinə qəzəbinin nişаnəsi isə, оnlаrın... Davamı..

İmаm Səccаd (ə): “Sizlərdən Аllаhа ən yахını, böyük əхlаq sаhibi оlаnlаrdır”

Həzrət Muhəmməd (s) buyurub: “Аllаh buyurmuşdur: “Hеç bir bəndə, vаcib buyurduqlаrımdаn Mənimçün dаhа əziz оlаn bir vаsitə ilə Mənə yахınlаşmаdı. Həqiqətən о,... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Mömin ruhların duasının həyatımıza təsiri

Alimlərdən biri, Əllamə Təbətəbainin qardaşı Seyid Məhəmməd Həsən İlahidən nəql edərək deyirdi ki, keçmiş alimlərdən birini “Fatihə” surəsi ilə yad edirdim. Bir... Davamı..

Mübarək Qədr gecələrində istiğfar namazı qılmağı unutmayın

Mərhum arif və əxlaq ustadı Həzrət Ayətullah Şahabadi (r.ə) dünyəvi və mənəvi problemləri olanlar üçün aşağıdakı “İstiğfar namazı”-nı tövsiyə etmişdir. Özünün dediyinə... Davamı..