Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyul 15:54
Şərh Yoxdur
7776

Bu surə vasitəsilə ürək sıxıntısını aradan gedər və ruzi çoxalar

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxusa, Allah ona yəqin və afiyət verər. Hər kim onu sinə ağrısı üçün oxuyarsa və bu ağrıya görə onu yazarsa, Allah ona şəfa verər”. Burada söhbət “Şərh” surəsindən gedir.

Həzrət (s) başqa yerdə buyurur: “Hər kəs “Şərh” surəsini qiraət edər, o kəs kimi olar ki, Həzrət Muhəmmədlə (s) görüşmüşdür. Əgər qəmgin və narahat olsa, Allah narahatlığını aradan qaldırar”.(Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Hər kim “Şərh” surəsini gecə və gündüz çox oxuyarsa, elə bir bədən üzvü olmaz ki, Qiyamət günü onun faydasına şəhadət verməsin”.

İmam Baqir (ə) buyurur: “Hər kim “Şərh” surəsini gecə və gündüz tilavət edərsə, dünyadan şəhid gedər. Şəhid dirildilər və o elə kəs kimidir ki, qılıncı ilə Həzrət Peyğəmbərin (s) yanında Allah yolunda mübarizə aparar”.

Təbərsi deyir: “Ürək sıxıntısını aparmaq üçün hər gün iki dəfə həm səhər və həm də əsr vaxtı “Şərh” surəsini 17 dəfə oxumaq lazımdır”.

Hər kim dəniz səyahətinə çıxarsa, “Şərh” surəsini oxuyarsa onu qorxu və dərdlərindən amanda saxlayar. O zamana qədər ki, gəmidən düşər.

Səfər ayının son çərşənbə günü “Şərh”, “Tin”, “Nəsr” və “Tövhid” surəsini 7 dəfə oxumaq insana sərvət qazandırar.

 

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Qurani Kərim ” Xəbərləri

Bu əməli tərk edənə Qurani-Kərim şiddətli xəbərdarlıq etmişdir

Allahın biz müsəlmanlara öyrətdiyi gözəl adətlərdən biri də sileyi-rəhm və qohumluq əlaqələrini möhkəmləndirməkdir. Dinimiz ata və anamıza, yaxınlarımıza və qohumlarımıza məhəbbət göstərməyi,... Davamı..

Qəlb qüvvəsini artıran, hacətin qəbulunu yaxınlaşdıran surə – “Nəcm” surəsinin fəzilətləri

“Nəcm” surəsi Quranın 53-cü surəsidir ki, 62 ayəsi vardır və Məkkədə nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Nəcm”... Davamı..

Bu surəni oxuyanın ruzisi artar və insanların sevimlisi olar

“Qiyamət” surəsi Quranın 75-ci surəsidir ki, 40 ayəsi vardır və Məkkədə nazil olmuşdur. Bu surə ona görə belə adlanır ki, Allahın qiyamət... Davamı..

Mömin şəxsin qəbrinin üstünə 7 dəfə “Qədr” surəsini oxumağın savabı

Həzrət Məhəmməd (s) pеyğәmbәr buyurub: مَنْ سَرَّ مُؤْمِناً فَقَدْ سَرَّنِي وَ مَنْ سَرَّنِي فَقَدْ سَرَّ اللَّهَ “Hәr kim mömini хоşhаl еtsә, mәni... Davamı..

Quranda adı çəkilən 11 qadın

Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq: 1. Həvva. Həvva Həzrət Adəmin (ə) həyat... Davamı..

Hər kim “Duxan” surəsini oxuyar, 70 min mələk onun üçün istiğfar edər

“Duxan” surəsi müqəddəs Quranın 44-cu surəsidir,  59 ayəsi vardır və Məkkədə nazil olub. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün... Davamı..

İnsan “Mursəlat” surəsini oxuyarsa, Allah Qiyamət günü onunla Peyğəmbər (s) arasında tanışlıq yaradar

“Mursəlat” surəsi Quranın 77-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 50 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim... Davamı..

Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

  “Hədid” surəsi Mədinədə nazil olmuşdur, Quranın 57-ci surəsidir, 29 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Hədid” surəsini oxuyar, o... Davamı..