Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 İyul 06:28
Şərh Yoxdur
1614

“Qəsd etdiyiniz işi gərək elə başladasınız ki, Allahın adı ilə olsun…” – Ayətullah Cavadi Amulinin tövsiyələrindən

Ayətullah Cavadi Amuli ona verilən iki sualı cavablandırmışdır ki, biz də bu arifin verdiyi cavablardan bəhrələnək.

Birinci sual: Öz şeytani fikirlərimizə necə qalib gələk?

Cavab: Hədislərin birində deyilir: “Hər bir işə başlayan zaman deyin: “Bismilləhir-Rahmənir-Rahim!”. Yəni, qəsd etdiyiniz işi gərək elə başladasınız ki, Allahın adı ilə olsun. Bu yolla biz hər bir işimizi, eləcə də mütaliələrimizi, təfəkkürümüzü, aqibətimizi dəyərləndirməyimizi elə yerinə yetiririk. Həmçinin elə işlər görməliyik ki, əvvəlində deyə bilək ki, Allahım, bu işə Sənin adınla başlayırıq. Bu iş ya vacibdir, ya da müstəhəb. Haram və məkruh işi Allahın adı ilə başlamaq olmaz. Belə olarsa, şeytan daima əsarətdə olar.

Ona görə də “Bismilləhir-Rahmənir-Rahim” deməyin iki faydası vardır:

1. Hər bir işi görməzdən əvvəl diqqət etmək və aqibəti düşünmək.

2. Yerinə yetirilməsi layiqli olan işləri görmək.

 

İkinci sual: Əxlaq elmini əldə etmək üçün haradan başlamaq lazımdır?

Cavab: Əxlaq elminin bir hissəsi nəzəridir ki, mütaliə ilə, dərslə təmin edilər. Bir hissəsi isə əməlidir ki, əxlaq müəlliminin hidayət və yol göstərməsindən asılıdır. Hədislərin birində deyilir: “Elmlə bir yerdə olan əməl, qalıcı olmasını artırar və çiçəklənməsinə səbəb olar”. Əgər insan vacibatı yerinə yetirmək üçün səy göstərərsə, müstəhəbləri bacardığı qədər edərsə, haramları tərk edərsə və bacardığı qədər məkruhlardan uzaq olarsa, işlərində ifrat və təfrit etməzsə – müvəffəq olacaqdır”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır. Bismillahir-Rəhmanir-Rəhim... Davamı..

“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət – bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı... Davamı..

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti (Arxivdən)

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı... Davamı..

Bu il adambaşına nə qədər fitrə pulu düşür?

Dünya müsəlmanları artıq mübarək Ramazan ayının 28-ci gününü qeyd edirlər. Bu müqəddəs ayın bir çox vacib əməllərini yerinə yetirməyə çalışırlar. Ramazan bayramına... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..