Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 İyul 15:07
Şərh Yoxdur
1172

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və dərəcə qazanmağa çalışsınlar.

Bu fikirləri  “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.

İlahiyyatçının sözlərinə görə, biz bu ayın bərəkətindən, rəhmətindən istifadə etməliyik. Bu ayı Allah istəyən kimi tamam edib, başa vurmaq lazımdır. Ramazan ayı rəhmət və bərəkət ayıdır. Bu ayın ehtiramı Allah yanında böyükdür. Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur ki, bu günlər Allah yanında digər günlərdən, aylardan daha fəzilətlidir. Bu ayda insanlar Allahın qonaqlığına dəvət olunublar.

Həzrət Peyğəmbər (s), həmçinin buyurur ki, ən bədbəxt adam odur ki, o, bu ayda özünü bağışlada bilmir.

Ə.Rüstəmov, həmçinin bildirib ki, adətən, biz hörmətli bir insana müracət edəndə onun adının əvvəlində “müəllim”, “cənab” və s. sözlər işlədirik. Orucluğun da əzəməti o dərəcədədir ki, insanlara buyurulub ki, deməyin “Ramazan” gəldi, deyin ki, “mübarək Ramazan” ayı gəldi. Çünki bu ayın böyük fəziləti və rəhməti var.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Müsahibələr ” Xəbərləri

Hacı Əhliman xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edib

“Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Uca Allahdan xalqımıza bol sevinc və ruzi-bərəkət diləyirəm. Allah bu millətin maddi və mənəvi rifahını... Davamı..

Hacı Əhliman APA Tv-nin “Yaşıl orta” verilişinin qonağı olub

Peyğəmbərin fiziki görünüşü necə olub? Həzrət Məhəmmədi (s) təsəvvür etmək,  yuxuda görmək olarmı?    www.ahliman.info WhatsApp ilə... Davamı..

İslam Peyğəmbəri (s) bütün məsələlərdə insanlar üçün böyük nümunədir – ilahiyyatçı

“Allah-taala insanlara dünya və axirət səadətinin təminatçısı olan peyğəmbərləri göndərib. Bununla bəşəriyyət üçün qaranlıqlardan nura yol açıb. Buna Allah-taala Quranın bəzi ayələrində... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı... Davamı..

Adambaşına nə qədər fitrə pulu düşür?

Adambaşına nə qədər fitrə pulu düşür? Hacı Əhliman Rüstəmov: “Hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay... Davamı..

“Qəsd etdiyiniz işi gərək elə başladasınız ki, Allahın adı ilə olsun…” – Ayətullah Cavadi Amulinin tövsiyələrindən

Ayətullah Cavadi Amuli ona verilən iki sualı cavablandırmışdır ki, biz də bu arifin verdiyi cavablardan bəhrələnək. Birinci sual: Öz şeytani fikirlərimizə necə... Davamı..

İmam Xomeyni və Ramazan ayı

Mömin anbaan inkişaf, tərəqqi halındadır. İmam eynilə belə idi və biz bunu, məxsusən xüsusi vaxtlarda hiss edirdik İmam Xomeyni adətən ramazan ayında... Davamı..