Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Dekabr 13:20
Şərh Yoxdur
2843

Qiyamətdən sonra dünyanın taleyi necə olacaqdır?

Allah Təala insandan sonra başqa bir məxluq yaradacaqdırmı? Bizim dünyamız kimi bir dünya yenidən xəlq olacaqdırmı? Bu dünyamızın axırı nə olacaqdır? Bütün insanlar ölən zaman yer və göy də məhv olacaqdırmı? O zaman ki, behişt və cəhənnəm əhlinin taleyi məlum olacaqdır, hansı hadisələr baş verəcəkdir? Allah Təalanın xilqət üçün planı vardırmı?

Hələ qədim zamandan bu suallar bəşər zehnini məşğul etmişdir. Əbu Xalid Qəmat nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, nə baş verəcəkdir?”. Həzrət (ə) buyurdu: “Əgər Allah istəsə, elə məxluqlar xəlq edər və onlar üçün dünya icad edər. Bu işi yerinə yetirər”. (Tebyan/Deyerler)

Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Allah Təala o gündən ki, yer üzündə yaradılışın bünövrəsini qoydu, 7 aləm xəlq etdi ki, onlar Adəm övladlarından hesab olunmurdular. Onları torpaqdan yaratdı və bir-birinin ardınca yerdə sakin oldular. Nəhayət nəsilləri tükəndi. Ona görə də Adəmi (ə) yaratdı və övladlarını onun nəsildən xəlq etdi. Allaha and olsun ki, heç bir zaman behişt möminlərin ruhundan boş olmamışdır, atəş də kafirlərin və günahkarların ruhundan. Yəqin ki, belə hesab edirsən ki, Qiyamət bərpa olan zaman behişt əhlinin bədənləri ruhları ilə birləşəcək, cəhənnəm əhlinin bədənləri də cəhənnəm əhlinin ruhları ilə bir olacaqdır, artıq O, (Allah) şəhərlərdə pərəstiş olamayacaqdır? Elə bir məxluq yaratmayacaqdır ki, Ona pərəstiş etsin? Bu cür deyildir. Allaha and olsun ki, yaradılışı olacaqdır ki, erkək və dişi olmadan meydana gələcəkdir və Ona bəndəlik edəcəkdir, Onu böyük hesab edəcəkdir. O, elə bir yer xəlq edəcəkdir ki, çörəyi həml edər, səmanı xəlq edər ki, kölgəsində olsunlar. Görmürsən ki, Allah buyurur: “Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!””. (“İbrahim” 48).

Yəni, həmin günü bu yer üzü başqa bir yer üzünə və səma başqa səmaya çevriləcəkdir. Allah Təala bu ayədə buyurur ki, yeri və göyü yaratmağa qadir olan Allah, yenə həmin qüdrətə malikdir. Onun qüdrəti azalmaz. Allah bu dünyanı və səmanı başqa bir dünyaya çevirməkdən aciz deyildir.

Əllamə Təbatəbai bu ayə haqqında buyurur: “Çevrilməyin mənası odur ki, yerin və göyün və onların arasında olanların həqiqəti həmin yer və göydür. Onlara hakim olan qanundan başqa”.

Beləliklə deyə bilərik ki, Qiyamət bərpa olandan sonra yaradılış aradan getməyəcəkdir, bəlkə Allah onların həcmini genişləndirəcəkdir. Həzrət Adəmlə (ə) Həvvanın nəslindən olan bu insan yer üzündə yaşayan ilk insan olmamışdır. Ondan əvvəl olmuş və sonra yenə də olacaqdır. Əvvəlki nəsillərin kökü kəsiləndən sonra Allah ata və anası olmayan yeni məxluqlar xəlq etmişdir. Bu məsələ İlahi feyzin davamlı olduğunun nişanəsidir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Muhəmməd (s): “Bilikləri, аlimlər ölməmiş yаzıyа köçürün”

“Nun. Аnd оlsun, qələmə və yаzılаnlаrа.”1   İmаm Əli (ə) buyurub: “Kitаblаr аlimlərin bоstаnlаrıdır.”2 “Kitаb nеcə də gözəl nаtiqdir.”3 “Kitаblаrlа özünü sаkitləşdirən... Davamı..

İmam Əli (ə) buyurur: “Qənаətcil оlun ki, vаr-dövlət sаhibi оlаsınız”

Аllаh-tааlа Dаvudа vəhy buyurmuşdur: “Mən vаrdövləti qənаətdə qərаr vеrsəm də, cаmааt оnu mаlın çохluğundа ахtаrır. Bunа görə də оnu tаpmırlаr.” 1 Həzrət... Davamı..

Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır

Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur:  Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün... Davamı..

Müsəlmanı darıxdırıb biqərar edən şey nədir?

Həzrət Muhəmməd (s) buyurur: “Аllаh-tааlаnın öz bəndələrindən rаzılığının əlаməti, оnlаrın pаdşаhlаrının ədаlətliliyi və qiymətlərin ucuzluğudur. Аllаh tааlаnın bəndələrinə qəzəbinin nişаnəsi isə, оnlаrın... Davamı..

İmаm Səccаd (ə): “Sizlərdən Аllаhа ən yахını, böyük əхlаq sаhibi оlаnlаrdır”

Həzrət Muhəmməd (s) buyurub: “Аllаh buyurmuşdur: “Hеç bir bəndə, vаcib buyurduqlаrımdаn Mənimçün dаhа əziz оlаn bir vаsitə ilə Mənə yахınlаşmаdı. Həqiqətən о,... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Mömin ruhların duasının həyatımıza təsiri

Alimlərdən biri, Əllamə Təbətəbainin qardaşı Seyid Məhəmməd Həsən İlahidən nəql edərək deyirdi ki, keçmiş alimlərdən birini “Fatihə” surəsi ilə yad edirdim. Bir... Davamı..

Mübarək Qədr gecələrində istiğfar namazı qılmağı unutmayın

Mərhum arif və əxlaq ustadı Həzrət Ayətullah Şahabadi (r.ə) dünyəvi və mənəvi problemləri olanlar üçün aşağıdakı “İstiğfar namazı”-nı tövsiyə etmişdir. Özünün dediyinə... Davamı..